Təhsil müəssisələrində anım tədbirləri keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların, habelə valideyn icmalarının nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
12 Dekabr 2016 13:49 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, mühazirə, konfrans, seminar və "Dəyirmi masa"lar keçirilib. İdarənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların, habelə valideyn icmalarının nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Anım tədbirlərində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə söhbət açılıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi fərman və sərəncamlar imzalayıb. Ulu öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər. Anım tədbirlərində ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş etdirilib. Həmçinin, təhsil müəssisələrində fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.