Nazirlik binasında bomba tapıldı

Yunanıstanda nazirlikdə bomba həyəcanı yaşanıb. Paytaxt Afinada yerləşən Əmək Nazirliyinin binasına bomba yerləşdirilib. Məlumata görə, naməlum şəxs "Sinatkon" qəzetinin redaksiyasına zəng edərək nazirlik binasına bomba yerləşdirildiyini deyib.

Bundan sonra hadisə yerinə dərhal polis və bomba zərərsizləşdirmə mütəxəssisləri cəlb edilib. Aparılan axtarışlar zamanı binanın pəncərəsində içərisində partlayıcı maddə olan bel çantası aşkar edilib. Bomba mütəxəssislər tərəfindən məhv edilib. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31