Bir həftə öncə planlaşdırılmış terror

Ötən gün Türkiyə  Beşiktaş – Bursaspor oyununun oynanıldığı Vodafon Arenanın yaxınlığında 2 bombalı partlayış nəticəsində sarsıldı.  Bir bombalı maşının və bir canlı bombanın partladılması ilə İstanbul ötən gün 41 şəhit  verdi.

Ötən gün Türkiyə  Beşiktaş - Bursaspor oyununun oynanıldığı Vodafon Arenanın yaxınlığında 2 bombalı partlayış nəticəsində sarsıldı.  Bir bombalı maşının və bir canlı bombanın partladılması ilə İstanbul ötən gün 41 şəhit  verdi.

Türkiyənin İstanbul şəhərində baş vermiş terror hadisəsi ilə əlaqədər 8 sivil, 33 polis əməkdaşının şəhid olduğu partlayış 400 kq - lıq plastik partlayıcı qurğu ilə  planlaşdırılıb. PKk - lı terroçu polislərin bir araya gəlməsini gözlədikdən sonra partlayıcı qurğu ilə doldurulmuş avtomobili nəzərdə tutulan əraziyə sürüb.

Partlayışdan dərhal sonra terror hadisəsinin detalları məlum olub. Belə ki, Beleştəpə kimi tanına ərazidə partladılan maşının matoru 50 m irəlidə tapılıb. Matoru incəliyən araşdırmaçılar matorun istehsalat nömrəsi, onun vaistəsilə maşının dövlət qeydiyyat nömrəsi və digər məlumatlar əldə ediblər. Maşının bir həftə öncə Bağcılar qəsəbəsindən satın alındığı məlum olub. PKk - lı terrorçular  20 min TL - yə satın aldıqları Chevrolet Aveo markalı avtomobilə bombanı yerləşdirdikdən sonra partlayışı həyata keçirən Murad kod adı ilə adlandırılan şəxsə  təhvil verilib.

Maşını partladan terrorçu oyununun bitməsini, kütlənin dağılmasını gözlədikdən sonra 400 kq - lıq partlayıcı  qurğu ilə yüklənmiş maşını polis maşınlarının olduğu yaxın bir yerdə saxlayıb. Öncə Beşiktaş, daha sonra Bursaspor tərəfdarlarının ayrıldığı stadionda işbaşına keçən toplu polislərin bir araya gəlməsini  gözləyən terrorçu maşını, saat 22:27 - də Cevuk Qüvvətlər əməkdaşlarının yanında həyata keçirib.

Daha sonra isə ikinci patlayış baş verib. Partlayışın səsi demək olar ki, İstanbulun hər tərəfindən eşidilib. Maçka parkı yaxınlığında 5 polis şübhəli şəxsi saxlamaq istədikləri zamanı canlı bomba özünü partladıb.

Bir polis xidməti maşını və bir TOMA böyük xəsarət alıb. Ev və ofislərin şüşələri qırılıb. Partlama səbəbi ilə yerdə 2 metr dərinliyində oyuq əmələ gəlib.

Polis əməkdaşları havaya atəş açaraq, əhalini partlayışdan xəbərdar ediblər. Ətraf ərazi və yollar tamamilə bağlanılıb. Polis və təcili yardım əməkdaşları bütün günü işbaşında olublar. Polis helikopterlə əraziyə nəzarət edərkən, digər şübhəli paketlər də partladılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31