Çin rəhbərliyi Trampa ultimatum verdi: ABŞ-ın düşmənlərinə silah satacağıq

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "vahid Çin" siyasətindən imtina etsə, rəsmi Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək.  Bu barədə "The Global Times" qəzeti məlumat yayıb.

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "vahid Çin" siyasətindən imtina etsə, rəsmi Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək.  Bu barədə "The Global Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, əgər Vaşinqton Tayvana silah satsa, Pekin ABŞ-ı öz tərəfdaşı saymayacaq: "Trampın təxribatlarına cavab olaraq Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək və hətta bu qüvvələrə hərbi yardım da edəcək". 

Tramp bundan öncə bəyan etmişdi ki, Vaşinqton "vahid Çin" siyasətinə bağlı olmalı deyil: "Mən "vahid Çin" siyasətini anlayıram, lakin mən anlamıram ki, əgər biz ticarət də daxil olmaqla bütün sahələrdə Çinlə razılığa gələ bilmiriksə, onda niyə bu siyasətə əməl etməliyik?" 

Qeyd edək ki, Ağ Ev indiyə qədər "vahid Çin" siyasətini yürüdüb və Tayvan adasını Çinin bir hissəsi kimi qəbul edib.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31