Gündəm
Netanyahu: “Bunun üçün məndə beş üsul var”
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İranla nüvə razılaşmasından çıxması üçün bir neçə üsul hazırlayıb. Baş nazir bu haqda CBS kanalına müsahibəsində bildirib.
İstanbulda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib
İstanbulun Beşiktaş rayonunda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib.
Terror aktı hazırlığında şübhəli bilinən şəxslər saxlanılıb
Böyük Britaniya hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı terror aktı hazırlığında şübhəli bilinən 6 nəfəri saxlayıb. Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. Saxlanılanların yaşı 22-36 arasında dəyişir, onlar arasında qadın da var. Olayla bağlı əlavə məlumat verilmir.
Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir problem yaratmır"
“Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”.
Analoq yayımın dayandırılmasından sonra daxil olan müraciətlərin sayı açıqlandı
Bakı və Abşeron yarımadasında, rayonların əksər hissəsində analoq televiziya yayımının dayandırılmasından sonra "Qaynar xətt"ə (14-11 nömrəli) əhalidən 50 minə yaxın müraciət daxil olub. Bunu açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva deyib.
Tamaşalar təxirə salınıb
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ötən gün İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı elan edilmiş milli matəmlə əlaqədar olaraq bu gün bütün teatrlarda oynanılacaq tamaşalar və səfərlər təxirə salınıb.
İstanbulda terror aktının törədildiyi yerin adı dəyişdirildi
Türkiyənin İstanbul şəhərində terror aktının törədildiyi ərazinin adı dəyişdirilib. Məlumata əsasən, bu barədə qərar Beşiktaş bələdiyyəsinin iclasında qəbul edilib. Qərara əsasən, terror aktının baş verdiyi Beleştəpə adlı yerin adı dəyişdirilərək Şəhidlər Təpəsi adlandırılıb. İstanbuldakı partlayışda ölənlərin sayı 44-ə çatıb. Xatırladaq ki, dekabrın 10-da futbol stadionunun yaxınlığında baş vermiş partlayış nəticəsində 44 nəfər ölüb. Trend.az
Qaz təchizatında problemlər yaranacaq
Dekabrın 12-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR-ın mətbuat xidməti yayıb. Bildirilib ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı müsabiqənin qalibləri mükafatlandırılıb
"Gənc Heydərçilər Klubu" Ulu ondər Heydər Əliyevin anım gününə həsr etdiyi "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı inşa və rəsm müsabiqəsinin qaliblərini elan edib. Klubun mətbuat və ictimai əlaqələr departamentinin direktoru Nübar Mustafayeva “OLAYLAR”-a bildirib ki, Bakı Humanitar Kollecində "Gənc Heydərçilər Klubu" və Bakı Humanitar Kollecinin Ulu öndər H.Əliyevin anim gününə həsr etdiyi rəsm və inşa müsabiqəsinin qalibləri elan olunub.
Ermənilər yenə ağır texnikaları işə saldı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.
Ukrayna "Şakro"nun adamını Türkiyəyə göndərdi
Ukrayna hüquq-mühafizə orqanları 34 yaşlı qanuni oğru Tenqiz Çarayanı Türkiyəyə deportasiya edib. "Tenqo Qalski" ləqəbli qanuni oğru Kiyevin "Borispol" hava limanında saxlanılıb və 6 saatdan sonra İstanbula yola salınıb.
General: "Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır"
İraqın Mosul şəhərində, hələ də, 3 mindən 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır və şəhərə hücum başlanan vaxtdan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb. Bu barədə İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi əməliyyatlara komandanlıq edən ABŞ generalı Stiven Taunsend məlumat verib.
Rusiyada yol qəzası: 3 ölü
Rusiyanın Omsk vilayətində yol qəzası baş verib. Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Qəzaya səbəb minik avtomobilin sürücüsünün idarəetməni itirərək qarşıdan gələn yük avtomobil ilə toqquşması olub.
Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərini bombalayıb
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatının mövqelərini bombalayır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, Türkiyə aviasiyası PKK-nın 12 mövqeyini məhv edib.






.jpg)







