General: "Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır"
İraqın Mosul şəhərində, hələ də, 3 mindən 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır və şəhərə hücum başlanan vaxtdan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb. Bu barədə İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi əməliyyatlara komandanlıq edən ABŞ generalı Stiven Taunsend məlumat verib.
12 Dekabr 2016 12:13 Dünyaİraqın Mosul şəhərində, hələ də, 3 mindən 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır və şəhərə hücum başlanan vaxtdan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb. Bu barədə İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi əməliyyatlara komandanlıq edən ABŞ generalı Stiven Taunsend məlumat verib.
Taunsend qeyd edib ki, Mosulun azad olunması üçün irəliləmək asan olmayacaq, çünki orada evlər bir-birinə olduqca sıx şəkildə tikilib. Report.az