"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı müsabiqənin qalibləri mükafatlandırılıb

"Gənc Heydərçilər Klubu" Ulu ondər Heydər Əliyevin anım gününə həsr etdiyi "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı inşa və rəsm müsabiqəsinin qaliblərini elan edib. Klubun mətbuat və ictimai əlaqələr departamentinin direktoru Nübar Mustafayeva “OLAYLAR”-a bildirib ki, Bakı Humanitar Kollecində "Gənc Heydərçilər Klubu" və Bakı Humanitar Kollecinin Ulu öndər H.Əliyevin anim gününə həsr etdiyi rəsm və inşa müsabiqəsinin qalibləri elan olunub.

"Gənc Heydərçilər Klubu" Ulu ondər Heydər Əliyevin anım gününə həsr etdiyi "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı inşa və rəsm müsabiqəsinin qaliblərini elan edib. Klubun mətbuat və ictimai əlaqələr departamentinin direktoru Nübar Mustafayeva "OLAYLAR"-a bildirib ki, Bakı Humanitar Kollecində "Gənc Heydərçilər Klubu" və Bakı Humanitar Kollecinin Ulu öndər H.Əliyevin anim gününə həsr etdiyi rəsm və inşa müsabiqəsinin qalibləri elan olunub. Kollecinin direktoru Vaqif Əmiraslanova tədbirdə çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb, Niyaməddin Musayev, İlkin Əhmədov, Zakir Əliyevin musiqili çıxışları ilə tədbirə xoş pvqat qatıb. "Gənc Heydərçilər Klubu" nun vitse-prezidenti Ayşən Xəlilova bildirib ki, Ulu öndər H.Əliyev Azərbaycan gəncliyinə həmişə böyük diqqət və qayğı göstərib və bu gün həmin qayğını gənclərimiz Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevdən görürlər: 2Bizim də gənclər olaraq, borcumuz cənab prezidentin ətrafında möhkəm birləşmək və ona dəstək olmaqdır.Və elə bu amalla da klubumuz- "Gənc Heydərçilər Klubu" 2015-ci il iyun ayının 2-dən Nicat Müslümovun dəstəyi ilə yaradılmış təşəbbüskar klubdur". Sonda qaliblərə diplomları təqdim olunub. "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adli inşa müsabiqəsinin qalibi Hüseynova Zəhra Fərhad qızı, "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adli rəsm müsabiqəsinin qalibi isə Əliyev Ceyhun İlqar oğlu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31