"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir problem yaratmır"

“Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”.

"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır". Bunu  Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov bildirib.   

A. Puşkov bildirib ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir: "Ermənistan NATO üzvü olan ölkə ilə həmsərhəddir. Ona görə də hərbi müttəfiq münasibətləri şərtlərində birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalamaq tamamilə məntiqə uyğundur. Məsələ ondadır ki, bu saziş Azərbaycana problem yaradırmı? Fikrimcə, heç bir problem yaratmır. Çünki Azərbaycan Rusiyanın ən yaxın strateji tərəfdaşdır".

A. Puşkovun fikrincə, Rusiyanın regionda öz nüfuz dairəsini genişləndirməsi Azərbaycanın əleyhinə ola bilməz: "Moskva Bakı ilə Yerevan arasında balansı gözləmək barədə özünə hesabat verir. Fikrimcə, Moskva bu balansı pozmur və heç vaxt da pozmayacaq. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ermənistanla isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İttifaqında əməkdaşlıq edirik. Fikrimcə, Bakı bu məqamı yaxşı başa düşür. Mən dəfələrlə Bakıda olmuşam, Azərbaycan rəhbərliyi ilə görüşmüşəm. Rusiyanın siyasətində Azərbaycanın narahatlığına səbəb olacaq heç nə görmürəm".   Apa.az        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31