İstanbulda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib
İstanbulun Beşiktaş rayonunda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib.
12 Dekabr 2016 12:40 Dünyaİstanbulun Beşiktaş rayonunda terror törədilən yerə "Şəhidlər təpəsi" adı verilib. Bu haqda qərar Beşiktaş Bələdiyyəsi Məclisinin fövqəladə toplantısında qəbul edilib.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb. Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır. Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31