Gündəm

Ən effektli arıqlama üsulu: Yağlardan sumaxlı qatıq ilə xilas olun

12 Dekabr 2016 12:07

Xəmir xörəkləri qışda daha tez və daha çox kökəlməyimizə səbəb olur. Sumax qışda arıqlamaq istəyənlər üçün effektli vasitələrdən biridir. Sumax bədəndəki toksinləri atır, qarında köp problemini aradan qaldırır və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Tarif Şurası isti suyun tariflərinin artması barədə məlumatlara münasibət bildirib

12 Dekabr 2016 12:03

"Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır". bu barədə Tarif Şurasının Katibliyinin yaydığı açıqlamada deyilir.

Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı hər zaman qalibiyyətlərə doğru aparacaq

12 Dekabr 2016 12:00

“Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələr kimi, gənclər və idman sahəsinin də yaradılması və inkişafını təmin edən dahi şəxsiyyətdir. Gənclər və İdman Nazirliyini yaratması, Gənclərin Birinci Forumunda şəxsən iştirak etməsi, bütün təklifləri, gənclərin çıxışlarını dinləyərək böyük nitq söyləməsi, Azərbaycanda Gənclər Gününü təsis etməsi Ulu Öndərin gənclər siyasətinə nə qədər önəm verdiyinin göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin Gənclərin Birinci Forumundakı nitqi əsasında çoxlu normativ sənədlər, qanunlar hazırlandı”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

ASGA İstanbul terrorunu pisləyən bəyanat yayıb

12 Dekabr 2016 11:58

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib. Bu barədə “OLAYLAR”-a məlumatı ASGA sədri Səbuhi Abbasov verib. Məlumatda deyilir ki, QHT bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının vacibliyini bir daha bəyan edib.

Binəqədi rayon kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib 

12 Dekabr 2016 11:55

Binəqədi rayonunun kollektivi Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Nə terror, nə hədə-qorxu, nə də sanksiyalar Türkiyəni çökdürə bilməz 

12 Dekabr 2016 11:54

Xəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında partayış baş verib.

Azərbaycan prezidenti fransalı həmsədri qəbul edib

12 Dekabr 2016 11:52

Azərbaycan prezidenti İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.

Xələf Xələfov: "Türkmənistanla tam razılıq əldə olunmayıb"

12 Dekabr 2016 11:50

"Biz Türkmənistanla ikitərəfli danışıqlar formatını saxlamışıq, ara-sıra məsləhətləşmələr keçirilir".

Əməkdaşlarımız casusları zərərsizləşdirərkən silahlı müqavimətlə üzləşiblər

12 Dekabr 2016 11:49

“Təbii ki, ölkəmizə müxtəlif təhlükə və təhdidlər var. Ölkə prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısı lazımi səviyyədə alınır”.

Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq

12 Dekabr 2016 11:47

Gələn ilin yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq. Məlumata görə, bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.

DTX rəisi: "Qara bazar”la bağlı araşdırmalar aparılır”

12 Dekabr 2016 11:46

““Qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Təbii ki, burada da  “qara bazar” var idi”.

Mədət Quliyev: "İl ərzində 500 əməkdaş xidmətdən xaric olunub"

12 Dekabr 2016 11:41

"İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".

Mədət Quliyev "reket jurnalist"lərin həbsinə münasibət bildirib

12 Dekabr 2016 11:40

"Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar". Məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib. M. Quliyev bildirib ki, onlar müəyyən vəzifəli şəxslər, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıb, pul tələb ediblər. "Bununla bağlı cinayət işi başlanılıb. DTX tərəfindən bu işə hüquqi qiymət veriləcək", - deyə M. Quliyev qeyd edib. Apa.az

Türkiyə klubundan imtina etdi - Terrora görə

12 Dekabr 2016 11:34

Türkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı məşqçi Marius Şumidiça qərarını dəyişib.  Rumıniyanın  "Astra" klubundan  ayrılan Şumidiça Türkiyəyə  getmək fikrindən daşınıb.

Devid Bekhem 201,3 milyon dollara villa alır

12 Dekabr 2016 11:31

Devid Bekhem və xanımı Viktoriya Bekhem ABŞ-ın Los-Anceles şəhərində yerləşən superlüks villanı 201,3 milyon dollara satın almağa hazırlaşırlar.