Gündəm

Yeni Zellandiyanın yeni baş nazirinin adı açıqlandı

12 Dekabr 2016 11:28

Yeni Zelandiyanın baş naziri vəzifəsinə sabiq baş nazirin müavini, parlamentin üzvü Bill İnqliş təyin edilib.  Oxu.az xəbər verir ki, bu barədə RNZ radiostansiyası məlumat yayıb. "Bill İnqliş rəsmi olaraq baş nazir seçilib", - radiostansiyanın rəsmi Tvitter mikrobloqunda deyilir.  İnqliş Milli partiyanın məclisinin gedişatında seçilib. Keçən həftə Yeni Zellandiyanın baş naziri Con Ki şəxsi səbəblərə görə istefa verib. 

DƏHŞƏT! Zibillikdən kəsilmiş qadın ayaqları tapıldı - VİDEO

12 Dekabr 2016 11:24

Adanada şəhər zibillərinin töküldüyü Sofuluda 2 qadın ayağı tapılıb. İstintaq zamanı məlum olub ki, kəsilmiş ayaqlar öldürüldükdən sonra zibilliyə atılan bir qadına məxsusdur. Qadının cəsədinin digər hissələri də zibillikdə axtarırlmağa başlanılıb. Milli.az

İstanbulda terror aktı nəticəsində həlak olanların sayı 41-ə çatdı - YENİLƏNİB - VİDEO

12 Dekabr 2016 11:22

Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən "Vodafone Arena" sadionunun yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Polislər canlı bombanı hədəfinə çatmağına 10 metr qalmış görüblər. Onun üzərinə atlayan 5 polis şəhid olub, lakin həmkarlarının çoxunun həyatını xilas ediblər. Əgər onlar özlərini "oda atmasaydılar", şəhid sayı daha da çox olacaqdı.

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir 

12 Dekabr 2016 11:18

Ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ulu Öndərin abidəsi önündən keçərək onun ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti tükənməzdir.

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq simpoziumda məruzə edib

12 Dekabr 2016 11:12

Türk Tarix Qurumu və Antalyada Ağ dəniz Universitetinin birgə təşkil etdiyi “Birinci dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxaq simpozum keçirilib. 13 ölkədən – ABŞ, İngiltərə, Ukrayna, Makedoniya, Fransa, İran, Gürcüstan, Avstraliya, Qazaxıstan, Ukrayna və b. ölkələrdən tarixçilərin iştirak etdiyi bu simpoziumda millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda maraqlı məruzə edib və iştirakçıların suallarını cavablandırıb. Azərbaycan alimi eyni zamanda, “Qafqaz Birinci dünya müharibəsi illərində” adlı bölmə iclasına da sədrlik edib. Yekunda simpoziumda dinlənilən məruzələrin ümumi dəyərələndirmələrini üç görkəmli tarixçi alim – Türk Tarix Qurumunun başkanı, professor Refik Turan, professor İlbər Ortaylı və professor Musa Qasımlı edib, elmi-nəzəri ümimiləşdirmələr aparıblar.

"Qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasında cüzi fərq var

12 Dekabr 2016 11:09

"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb

12 Dekabr 2016 11:08

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

Heyvanları öldürür, insanları iynəsiylə şoka salır – Dünya yeni fəlakətlə ÜZ-ÜZƏ

9 Dekabr 2016 20:30

Avstraliyanın Queensland əyalətində sürətlə çoxalan qırmızı atəş qarışqası ölkə üçün əsil təhlükəyə çevrilib.

Qorxunc XƏBƏRDARLIQ: 3 milyard insan...

9 Dekabr 2016 20:15

“Azərbaycanın su ehtiyatlarının 75 faizi Kür və Araz çaylarının hesabına təmin olunur. Bu çaylar Ermənistan və Gürcüstan tərəfindən ekoloji çirklənməyə məruz qaldığından ölkədə təmiz su mənbəyi azalır”.

İstanbulda Heydər Əliyevin xatirəsi anıldı

9 Dekabr 2016 20:02

Bu gün İstanbul Yeditepe Universitetində  Azərbaycan İstanbul Baş Konsulluğunun təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilib. Konfrans Heydər Əliyevin həyatına həsr edilmiş sənədli filmlə başlayıb.

Yeni təyyarə turistləri kosmos hüdudlarına aparacaq

9 Dekabr 2016 19:55

“SolarStratos” şirkəti günəş enerjisi ilə işləyən və kosmik turistləri kosmos hüdudlarına çatdıracaq yeni təyyarəni rəsmən təqdim edib.  

Alimlər alternativ giriş-çıxış interfeysi yaradıblar

9 Dekabr 2016 19:50

Massaçusets Texnologiya İnstitutunun saytında yerləşdirilmiş məlumata görə, amerikalı alimlər tərəfindən hazırlanmış avtomatlaşdırılmış zəncir giriş-çıxış interfeysinin funksiyalarını yerinə yetirə bilər.

Virtual reallığın inkişafı üçün assosiasiya yaradılıb

9 Dekabr 2016 19:45

“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Ümumdünya Virtual Reallıq Assosiasiyasının yaradılmasını bəyan edib.

“Bluetooth 5” standartı rəsmən təsdiq edilib

9 Dekabr 2016 19:40

“Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir.

135 illik şərəfli yol

9 Dekabr 2016 19:37

Fəxarət və qürur mənbəyi Dünən Bakı Əyləncə Mərkəzində "Kaspi" qəzetinin yaranmasının 135 illiyi münasibətilə tədbir keçirilib. Dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV rəhbərlərinin iştirak etdiyi yubiley tədbirində əvvəlcə mətbu orqanın tarixinə həsr olunmuş film nümayiş edilib.