İstanbulda Heydər Əliyevin xatirəsi anıldı
Bu gün İstanbul Yeditepe Universitetində Azərbaycan İstanbul Baş Konsulluğunun təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilib. Konfrans Heydər Əliyevin həyatına həsr edilmiş sənədli filmlə başlayıb.
9 Dekabr 2016 20:02 SosialBu gün İstanbul Yeditepe Universitetində Azərbaycan İstanbul Baş Konsulluğunun təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilib. Konfrans Heydər Əliyevin həyatına həsr edilmiş sənədli filmlə başlayıb. Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Əzizov ulu öndərin həyatı və xidmətlərindən danışıb.Sonra Yeditepe Universitetinin İdarə Heyətinin sədri Bədrəddin Dalan Heydər Əliyevlə əlaqədar olan xatirələrini və onun türk dünyasının tarixindəki parlaq yerini qeyd edib. Konfrans Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyevin yekun çıxışı ilə başa çatıb. Məsim Hacıyev Ulu öndərin ölkəmizin tarixi ,siyasi ,iqtisadi,mədəni nailiyyətlərindəki müstəsna xidmətlərindən danışıb.