Binəqədi rayon kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib 

Binəqədi rayonunun kollektivi Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Binəqədi rayonunun kollektivi Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya edib. "OLAYLAR"-a daxil olan məlumata görə, ekskursiya Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak ediblər. Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etdi, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31