Türkiyə klubundan imtina etdi - Terrora görə
Türkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı məşqçi Marius Şumidiça qərarını dəyişib. Rumıniyanın "Astra" klubundan ayrılan Şumidiça Türkiyəyə getmək fikrindən daşınıb.
12 Dekabr 2016 11:34 İdmanTürkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı məşqçi Marius Şumidiça qərarını dəyişib. Rumıniyanın "Astra" klubundan ayrılan Şumidiça Türkiyəyə getmək fikrindən daşınıb.
Bu barədə 45 yaşlı mütəxəssis özü Rumıniya mətbuatına açıqlama verib. O, dekabrın 10-da İstanbulda baş verən terror aktına görə qərarını dəyişdiyini deyib.
Qeyd edək ki, Şumidiça "Qaziantepspor"un sərfəli təklifinə görə "Astra"dan ayrılıb, Türkiyəyə getməyə hazırlaşırdı. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31