Xələf Xələfov: "Türkmənistanla tam razılıq əldə olunmayıb"
"Biz Türkmənistanla ikitərəfli danışıqlar formatını saxlamışıq, ara-sıra məsləhətləşmələr keçirilir".
12 Dekabr 2016 11:50 Siyasət"Biz Türkmənistanla ikitərəfli danışıqlar formatını saxlamışıq, ara-sıra məsləhətləşmələr keçirilir".
Məlumata görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov Xəzərdəki "Kəpəz" ("Sərdar") yatağı ilə bağlı Türkmənistanla Azərbaycan arasında mövcud fikir ayrılığı barədə suala cavabında deyib. X. Xələfov bildirib ki, Xəzərin hüquq statusuna dair Azərbaycanla Türkmənistan arasında tam razılıq əldə olunmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31