ASGA İstanbul terrorunu pisləyən bəyanat yayıb

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib. Bu barədə “OLAYLAR”-a məlumatı ASGA sədri Səbuhi Abbasov verib. Məlumatda deyilir ki, QHT bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının vacibliyini bir daha bəyan edib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib. Bu barədə "OLAYLAR"-a məlumatı ASGA sədri Səbuhi Abbasov verib. Məlumatda deyilir ki, QHT bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının vacibliyini bir daha bəyan edib.

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edir. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Bütün Türk millətinə başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31