Gündəm
Yanğın nəticəsində 9 ailə evsiz qalıb, 2 nəfər xəsarət alıb
Dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Daxili İşlər Nazirliyimndən verilən məlumata görə, hadisə nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət almış Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Nizami rayonunda kişi meyiti tapılıb
Dekabrın 17-də saat 10 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində zorakılıq əlamətləri görünən meyiti tapılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nizami RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi "KİA" markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.Nizami RPİ tərəfindən araşdırma aparılır.
Dəm qazından zəhərləndi
Sumqayıt sakini dəm qazından zəhərlənib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 18-də Sumqayıt şəhərində yaşayan Lalə Kazımova evində dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.
Qusarda “Multikulturalizm ili”nə həsr olunmuş tədbir keçirilib
Qusar rayon Mərkəzi kitabxanada “Multikulturalizm ili” nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyəti, ümumtəhsil məktəbləri, mədəniyyət müəssisələri üzrə 85 nəfər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil edilmiş kitab sərgisinə , milli mətbəx və folklor nümunələrinə baxış keçirib.
Dini Komitə növbəti maarifləndirmə tədbiri keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Müşfiqabad qəsəbə məscidi dini icması tərəfindən “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Litva hökuməti soydaşımızı mükafatlandırıb
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətinə görə, Litva Milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən mükafatlandırılıb.
Şair Eldar İsmayılla görüş keçirilib
Azərbaycanın tanınmış şair, yazıçı və mətbuat nümayəndələrindən olan Eldar İsmayılla görüş keçirilib.
“Ağ şəhər”in bir hissəsində tikinti işləri yekunlaşıb
“Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
Müasir dünya və ənənəvi milli-dini dəyərlər müzakirə edilib
Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində Zaqatala rayonu Yuxarı Tala kənd məscidində növbəti tədbir keçirilib.
21,9 min nəfər bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub
Cari ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, 21,9 min nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.
Sumqayıt Dövlət Dram Teatrında premyera olacaq
Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.
Nizami kino mərkəzində yeni filmlər
Dekabrın 15 -dən Nizami Kino Mərkəzində türkiyənin “Çaqqalarla dans 4”, ABŞ –ın “Qonşu” və “Xəyali gözəllik” həmçinin milli “Həddən artıq uyğunluq” filmlərinin nümaişi başlanıb.
Uşaqlıqdan bu kompres edirəm. Hətta ən güclü öskürəyi bir gecə ərzində müalicə edir!
Darçın və bal yaxısı(kompres) güclü öskürəyi müalicə edir və cəmi bir gecə ərzində bəlğəmi təmizləyir!
“Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyini milli təhlükə nazirliyinə çevirmişdi”
Tanınmış hüquqşünas Əyyub KərimovModerator.az-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Magmudovla bağlı maraqlı fikirlər səsləndirib. E.Mahmudov dönəmində MTN-nin təhlükə mənbəyinə çevrildiyinə diqqət çəkən hüquqşünas, sabiq nazirin baş verən qanunsuzluqlardakı məsuliyyət məsələsinin araşdırılmasına ciddi ehtiyac duyulduğunu vurğuladı:
DİQQƏTLİ OLUN: Bu həşəratlar hər evdə var - FOTO
Evlərdə olan bu böcəkləri dərmanlama ilə bir müddət evdən uzaq tuta bilərsiniz. Ancaq bir müddət sonra yenidən ortaya çıxacaqlar.














