Qusarda “Multikulturalizm ili”nə həsr olunmuş tədbir keçirilib

Qusar rayon Mərkəzi kitabxanada “Multikulturalizm ili” nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyəti, ümumtəhsil məktəbləri, mədəniyyət müəssisələri üzrə 85 nəfər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil edilmiş kitab sərgisinə , milli mətbəx və folklor nümunələrinə baxış keçirib.

Qusar rayon Mərkəzi kitabxanada "Multikulturalizm ili" nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyəti, ümumtəhsil məktəbləri, mədəniyyət müəssisələri üzrə 85 nəfər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil edilmiş kitab sərgisinə , milli mətbəx və folklor nümunələrinə baxış keçirib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Zahir Mustafayev açmış, "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən tədbirlər haqqında söz açıb. Tədbirdə iştirak edən Firuddinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, xidmət şöbəsinin müdiri Könül Niftiyeva tərəfindən "Kitabxanalar multikulturalizm dəyərlərinin daşıyıçısıdır" layihəsi təqdim olunub. Sonra Respublikanın Uşaq Kitabxanası tərəfindən tərtib olunmuş "Qusar 2016-cı ilin Azərbaycan Folklor Paytaxtı" kitabı tədbir iştirakçılarına paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31