Sumqayıt Dövlət Dram Teatrında premyera olacaq

Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.

Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi "Oğru" tamaşasının premyerası keçiriləcək.

Komediya janrında yazılmış "Oğru" pyesi 1959-cu ildə qələmə alınmış, elə həmin ildə də nüfuzlu "Avansçena" jurnalının birinci mükafatına layiq görülmüşdü. Əsər dünya teatrları səhnəsində dəfələrlə tamaşaya qoyularaq daha çox məşhurlaşmışdır. Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapmışdı. Onların arasında olan adi məişət münasibəti qadının sevgilisi Dominikin lotoreya ilə böyük məbləğdə pul udması nəticəsində gözlənilmədən kəskinləşir. Hadisələrin gedişi zamanı əsərin baş qəhrəmanı Mişlin böyük məbləğdə pul udmuş sevgilisinin saxta məhəbbətini üzə çıxarır, beləcə əri Kluda olan ailə münasibətini  yüksək məcraya yönəldərək sözü gedən pul məbləğindən üstün tutur. Komediyanın  sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır Tamaşada rolları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova və Vəfa Qurbanova canlandırırlar.

Teatrın səhnəsində ötən mövsümdə premyerası uğurla keçən "Hacı Qara" komediyasıı, azyaşlı tamaşaçılar üçün Azərbaycan xalq nağılı əsasında işlənilən "Cəsurlar", və "Yeni il şənliyi" də təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31