“Ağ şəhər”in bir hissəsində tikinti işləri yekunlaşıb 

“Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

"Ağ şəhər" layihəsi çərçivəsində "Yaşıl Ada və Villa Zonası" adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Xəqani Rüstəmov küçəsinin 520 m-lik hissəsi;1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi; 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi və bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçə.lərdə köhnə yararsız qrunt 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb, əvəzində karbonat materialı tökülərək, kipləşdirilib və yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Layihə çərçivəsində küçələrdə 20 min m2 piyada səkisi və yol ayrıcı inşa olunub, hazırda üzərlərinə tamet daşları döşənir. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 15 min p/m qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 300-ə yaxın çinar və zeytun ağacı əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır. Bundan başqa şəhər salma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli svetaforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınlar rahat parklaması üçün xüsusi parking yerləri də nəzərdə tutulub. Bundan başqa layihə çərçivəsində 2 yerdə, Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31