Gündəm

Ermənistan yeddi rayonu qaytarmağa hazırdır, Bakı isə... – PRİNSİPİAL ŞƏRT

19 Dekabr 2016 14:24

“Serj Sarkisyan yeddi rayonu qaytarmağa hazırdır. Azərbaycan isə “ya hamısı, ya da heç biri” şərtini irıli sürür. Bu, Ermənistanı çətin vəziyyətə salır”.

MÜHARİBƏ BAŞLADI: Onlarla ölən və yaralanan var - VİDEO

19 Dekabr 2016 14:23

Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı “Luqansk Xalq Respublikası”nın (“LXR”) qüvvələrinə hücum edib.

Rusiyadan müsəlmanlarla bağlı ibrətamiz addım

19 Dekabr 2016 14:21

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür

19 Dekabr 2016 14:19

Fransızların 50%-dən çoxu Fransua Fiyonun 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini düşünür.

Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir

19 Dekabr 2016 14:17

Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Günü, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 65-ci il dönümü, Azərbaycandakı fəaliyyətinin 20 illiyi və bu quruma üzvlüyümüzün 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ermənistan iflas həddində

19 Dekabr 2016 14:15

"Ermənistanın xarici borcu  6 milyard dollara yaxınlaşır, buna baxmayaraq ölkə yeni borc toplamaqda davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətinin nümayəndələrinin sərvəti artacaq”. 

“Azov” xüsusi təyinatlıları Xarkovda azərbaycanlı iş adamlarının obyektlərinə hücum ediblər

19 Dekabr 2016 14:14

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum olub. İş adamı Vüqar Kərimoğlunun verdiyi məlumata görə, hadisə Xarkovun Qələbə prospektində qeydə alınıb. Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı “Azov” batalyonunun hərbçiləri dekabrın 15-də axşam beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb.

Azərbaycanda 60 nəfər araqdan zəhərlənib

19 Dekabr 2016 14:12

Spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir. Bu barədə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: "Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır".

Neft emalı zavodunda yanğın

19 Dekabr 2016 14:10

Şənbə günü Belarusun Qomel vilayətində, Mozır neft emalı zavodunun ərazisində yanğın baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər 50 kv.m ərazidə yanan vakuum qazoylu aşkar ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnoloji proses də zərər görməyib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Report.az

16 yaşlı oğlan bacıları və babasının yanında anasını güllələndi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - YENİLƏNİB - VİDEO 

19 Dekabr 2016 14:07

Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb.

Daha bir TƏYYARƏ QƏZASI: 13 nəfər öldü

19 Dekabr 2016 14:04

Daha bir təyyarə qəzası İndoneziyada baş verib. Təlim uçuşları keçirən hərbi təyyarə Papua ərazisində qəzaya düşüb. Hadisə nəticəsində göyərtədə olan 13 nəfər həlak olub. İlkin ehtimala görə, qəzaya hava şəraitinin pis olması səbəb olub. Qafqazinfo.az

Rəqəmsal yayıma tam keçidin vaxtı bilindi

19 Dekabr 2016 14:01

Dekabrın 20-dən analoq televiziya yayımı daha 14 rayonda dayandırılacaq. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Alkoqol zəhərlənməsindən ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB

19 Dekabr 2016 13:56

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır. Şəhərin Lenin rayonun prokuroru Stanislav ZubovskiRİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib. Zəhərlənməyə səbəb olan spirtli içkini yayan iki nəfər artıq tutulub. Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb.  Apa.az

“İnkişafını tamamlamış” şəxs cəmiyyət üçün də təhlükəlidi

19 Dekabr 2016 13:53

İntiharların, boşanmaların, aqressiyanın geniş yayıldığı bir cəmiyyətdə mütəxəssislər  hər zaman psixoloqlara ehtiyac duyur. Boşanmalardan sarsılan uşaqların, autizmin qəbul edilmədiyi bir mühitdə böyüməyə məhkum olan körpələrin gələcəkdə sağlam düşüncəli gənc olacaqları artıq şübhə altındadı.

Maşın ana-balanı vurub

19 Dekabr 2016 13:51

Dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub. DİN-in məlumatına görə, S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.