Alkoqol zəhərlənməsindən ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır. Şəhərin Lenin rayonun prokuroru Stanislav ZubovskiRİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib. Zəhərlənməyə səbəb olan spirtli içkini yayan iki nəfər artıq tutulub. Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb. Apa.az
19 Dekabr 2016 13:56 DünyaRusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır. Şəhərin Lenin rayonun prokuroru Stanislav ZubovskiRİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib. Zəhərlənməyə səbəb olan spirtli içkini yayan iki nəfər artıq tutulub. Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb. Apa.az
***
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 25 nəfərə çatıb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən məlumat veriblər. Məlumata görə, hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır. İlkin məlumatlara görə, konsentratın tərkibində metil spirti olub. Hadisə qurbanlarının hamısı eyni mikrorayonda - Novo Leninoda yaşayanlar olub.
***
İrkutskda spirt tərkibli məhsulla, ilkin ehtimal olaraq yemişanla zəhərlənən 17 nəfər dünyasını dəyişib.Bu barədə RİA Novosti agentliyi məlumat verir.
Məlumata görə, dekabrın 19-da xəstəxanaya 37 nəfər zəhərlənmə diaqnozu ilə yerləşdirilib və onlardan 17 nəfəri artıq dünyasını dəyişib. İlkin məlumatlara görə, həmin şəxslərin hamısı "Yemişan" adlı kosmetik vasitədən istifadə edib.
Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.
Hazırda hadisə polis və tədqiqatçılar tərəfindən araşdırılır. Trend.az