Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür

Fransızların 50%-dən çoxu Fransua Fiyonun 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini düşünür.

Fransızların 50%-dən çoxu Fransua Fiyonun 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini düşünür. "Lfop" şirkətinin "Jornal du Dimanche" nəşri üçün keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 55%-i seçkilərdə F.Fiyonun qələbə qazanacağını düşünür, amma rəyi soruşulanların cəmi 28%-i seçkilərdə onun qələbə qazanmasını istəyir. Sorğu iştirakçılarının 47%-i F.Fiyonun ölkədə islahatlar aparılmağa qadir olduğunu, 46%-i isə onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb.

Eyni zamanda, respondentlərin cəmi 28%-i sabiq baş nazirin adi insanların problemlərini başa düşdüyünü, 62% isə sorğu iştirakçısı isə F.Fiyonun proqramının onlarda narahatlıq doğurduğunu qeyd edib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31