Şair Eldar İsmayılla görüş keçirilib
Azərbaycanın tanınmış şair, yazıçı və mətbuat nümayəndələrindən olan Eldar İsmayılla görüş keçirilib.
19 Dekabr 2016 13:28 SosialAzərbaycanın tanınmış şair, yazıçı və mətbuat nümayəndələrindən olan Eldar İsmayılla görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Türk Dünyası Araşdırmalar Mərkəzi Bakı Atatürk Liseyində keçirilən görüşdə təhsil ocağının rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib. Tədbirdə çıxış edən liseyin müdir əvəzi Musa Ediz, təhsil ocağının müəllimləri Elmar Həsənov, Dursun Elmas və digərləri Eldar İsmayıl yaradıcılığından danışıblar. Bildirilib ki, Azərbaycanın tanınmış şair, yazarlarından olan Eldar İsmayıl "Ağrı Dağı qədər ağrılarım var", "Türkün Xilaskarı", "Qaldır Türkün Bayrağını", "Oğuz Yurdun Övladları, Vətənimdir Azərbaycan" kimi onlarla kitabın müəllifidir. Sonra çıxış edən qonaq yaradıclığı barədə məktəblıiləri bilgiləndirib, onların suallarını cavablandırıb. Sonda liseyin şagirdləri Eldar İsmayılın müəllifi olduğu şerləri səsləndiriblər.