Yanğın nəticəsində 9 ailə evsiz qalıb, 2 nəfər xəsarət alıb
Dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Daxili İşlər Nazirliyimndən verilən məlumata görə, hadisə nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət almış Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
19 Dekabr 2016 13:50 SosialDekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Daxili İşlər Nazirliyimndən verilən məlumata görə, hadisə nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət almış Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.