Müasir dünya və ənənəvi milli-dini dəyərlər müzakirə edilib
Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində Zaqatala rayonu Yuxarı Tala kənd məscidində növbəti tədbir keçirilib.
19 Dekabr 2016 13:26 SosialZaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən "Müasir dünya və ənənəvi milli-dini dəyərlər" layihəsi çərçivəsində Zaqatala rayonu Yuxarı Tala kənd məscidində növbəti tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, kənd dindarlarının iştirak etdiyi tədbiri Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov açaraq layihə çərçivəsində 5-ci tədbirin keçirildiyini bildirib, bu tədbirin Məhəmməd peyğəmbərin (s) mövludu günlərinə təsadüf etdiyini qeyd edərək milli və dini dəyərlər arasındakı münasibətə diqqət çəkib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə milli dəyərlərlə dini dəyərlərin bir-biri ilə əlaqəsindən, müasir dünyaya inteqrasiyada bu dəyərlərin rolundan danışıb. Zaqatala bölgəsinin qazısı Malik Bilalov müasir dünyada milli-dini dəyərləri qorumağın vacibliyindən, bəşəriyyətin bu dəyərlərə ehtiyacından bəhs edib