Gündəm
Lapşinin ekstradisiyası erməni diasporunun quluna çevrilmiş hər kəsə dərs olacaq
Artıq bir neçə gündür ki, təkcə yerli mətbuat deyil, eləcə də xarici KİV-lər ermənilərə xüsusi sevgisi ilə seçilən, üçlü vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından yazır. Xüsusilə, işğalçı ölkənin mətbuatlnda Lapşinin Azərbaycana təhvil verilməsi geniş şərh edilir və bir çox hallarda ermənilər tərəfindən bunun Azərbaycan diplomatiyasının uğuru olduğu etiraf edilir. Təkcə Ermənistan müxalifəti deyil, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, siyasi proseslərdən tamamilə uzaq olan xalq sadə kütlələri də hesab edirlər ki, bütün bunlar Sərkisyan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsindən irəli gəlir.
Kurtulmuş Rusiya təyyarələrinin türk hərbçilərini vurmasını necə adlandırdı?
Rusiya təyyarələrinin türk hərbçilərinə zərbə endirməsi “qəsdən törədilməmiş” bir hadisədir. Bu sözləri Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar - FOTO/VİDEO (18+)
30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.
Əmək Nazirliyində kollegiya iclası
Sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.
10,2 min hektar ərazidə meşəbərpa tədbirləri aparılıb
Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2016-cı ildə meşə təsərrüfatları tərəfindən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, bu da 2015-ci ilə nisbətən 0,1 faiz artıqdır.
"Neftçi" 1000-i yarıladı
Azərbaycan Premyer Liqasının XVII turunun "İnter"lə səfər qarşılaşması "Neftçi" üçün yubiley qolu ilə əlamətdar olub. "Ağ-qaralar" Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də "Neftçi"nin 1000-i yarılamasında pay sahibi olub.
Dəyərlərimizə hörmətsizlik edən ovçu-turistlər ölkədən xaric ediləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə müvafiq qurumlarında təhlil edilib.
İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ
Burak Özçivit bir neçə gündür ki, iranlı modellə aralarında yaranmış qalmaqala münasibət bildirmək istəməyib.
Rusiya yeni ordu bölmələri göndərdi: Donbas MÜHARİBƏ ASTANASINDA
“Rusiya Donbas ərazisində gücləri yenidən qruplaşdırır və regiona əlavə bölmələri göndərir”. Bu haqda Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk feysbuk səhifəsində yazıb.
Kreml “səhv“ bombardmanın səbəbini açıqladı
“Terrorçulara zərbələrin vurulması gedişatında hərbçilərimiz türk partnyorların verdikləri koordinatları əsas tuturdular”. Bunu dünən Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.
Azərbaycan dünyaya mesaj verdi
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov “Olaylar”a bildirib ki, blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan diplomatiyasında müsbət haldır: “Bildiyimiz kimi Azərbaycanın Baş Prokurorluğu tərəfindən Aleksandr Lapşinə qarrşı cinayət işi açılaraq dövlətlərarası axtarış elan edildmişdi.
Bakı sakinindən 5 kq narkotik vasitə götürülüb
Bakı şəhər sakinindən 4,585 kq marixuana götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayevdən 4 kiloqram 585 qram marixuana götürülüb.
Yaqub Mahmudov: “Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır”
Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlayıb. Bu barədə məlumat verən AMEA Tarix İnstitutunun direktoru, deputat Yaub Mahmudovun sözlərinə görə, 1990-cı ildə dövrün siyasi çətinliklərinə baxmayaraq, vahid Azərbaycan konsepsiyasına əsaslanan və üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi proqramı” hazırlanıb: “Bu dövrdən başlayaraq Azərbaycançılıq konsepsiyasını əsas götürərək orta məktəblər üçün dərsliklər hazırlanmağa başlandı. 5-ci siniflər üçün yazılmış “Ata yurdu” dərsliyi bu istiqamətdə hazırlanmış ilk dərslik oldu. Dərslikdə şimallı cənublu bütöv Azərbaycanın tarixi xüsusi metodik üsulla qabaqcıl müəllimlər tərəfindən işləndi.
İŞİD İstanbulda uşaqlara dərs keçirmiş
İstanbulda 35 İŞİD-çi haqqında tərtib olunan iddianamədə yeni faktlar meydana çıxıb. Şübhəlilərdən ələ keçirilən disklərin araşdırması zamanı Sultanbəylidə yaradılan tədris mərkəzlərinin birində uşaqlara dini dərslər keçildiyi bəlli olub. Disklərdə uşaqların “Kalaşnikov” avtomatıyla fotoları da yer alıb.
Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər açıqlandı
"Respublika Uşaq Stomatoloji Mərkəzinə edilən müraciətlər daha çox süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı olur". Bunu Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev deyib.














