Rusiya yeni ordu bölmələri göndərdi: Donbas MÜHARİBƏ ASTANASINDA
“Rusiya Donbas ərazisində gücləri yenidən qruplaşdırır və regiona əlavə bölmələri göndərir”. Bu haqda Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk feysbuk səhifəsində yazıb.
10 Fevral 2017 14:25 Dünya"Rusiya Donbas ərazisində gücləri yenidən qruplaşdırır və regiona əlavə bölmələri göndərir". Bu haqda Ukrayna Ali Radasının deputatı, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Donbas ərazisində Rusiyanın ixtisaslı hərbiçilərindən ibarət yeni qruplar qeydə alınıb.
Dünən isə analoji iddia ilə Donbas separatçıları çıxış edib. "Luqansk Xalq Respublikası" separatçı qurumun "xalq milisi"nin nümayəndəsi Andrey Marçenkonun sözlərinə görə, Ukrayna ordusu mümkün hücum əməliyyatı üçün separatçılarla təmas xəttinə tanklar və ağır artilleriya toplayır. Publika.az