İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ
Burak Özçivit bir neçə gündür ki, iranlı modellə aralarında yaranmış qalmaqala münasibət bildirmək istəməyib.
10 Fevral 2017 14:29 DünyaBurak Özçivit bir neçə gündür ki, iranlı modellə aralarında yaranmış qalmaqala münasibət bildirmək istəməyib. Fahriye Evcen və Burak Özçivit restorandan çıxan zaman jurnalistlərin suallarını cavablandırıb. Yaraşıqlı aktyor iranlı model Mahlaqha Jaberinin onun haqqında səsləndirdiyi iddialara cavab verməyib. O, "Modeli qısqanclıq üzündən bloka atmısınızmı?" sualına "Nə əhəmiyyətli məsələ" deməklə kifayətlənib.
Fahriye Evcen isə təkqaş üzüyü ilə diqqət çəkib. İddialara görə, üzüyün dəyəri 50 min TL-dir (təxminən 25 min manat).
Məlumat üçün bildirək ki, "Kainat gözəli" müsabiqəsində birinci olan iranlı model Mahlaqha Jaberi Burak Özçivit haqqında yazdığı statusu ilə gündəmə gəlib. Cazibədar xanım Fahriye Evcenlə evlənməyə hazırlaşan Burak Özçiviti çox bəyəndiyini yazıb. Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.