Lapşinin ekstradisiyası erməni diasporunun quluna çevrilmiş hər kəsə dərs olacaq

Artıq bir neçə gündür ki, təkcə yerli mətbuat deyil, eləcə də xarici KİV-lər ermənilərə xüsusi sevgisi ilə seçilən, üçlü vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından yazır. Xüsusilə, işğalçı ölkənin mətbuatlnda Lapşinin Azərbaycana təhvil verilməsi geniş şərh edilir və bir çox hallarda ermənilər tərəfindən bunun Azərbaycan diplomatiyasının uğuru olduğu etiraf edilir. Təkcə Ermənistan müxalifəti deyil, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, siyasi proseslərdən tamamilə uzaq olan xalq sadə kütlələri də hesab edirlər ki, bütün bunlar Sərkisyan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsindən irəli gəlir.

Azər Verdiyev: "Son dövrlər Azərbaycan diplomatiyası ciddi şəkildə uğurlar əldə etməkdədir"

"Ermənistanı heç bir dövlət özünün strateji tərəfdaşı hesab etmir"

Artıq bir neçə gündür ki, təkcə yerli mətbuat deyil, eləcə də xarici KİV-lər ermənilərə xüsusi sevgisi ilə seçilən, üçlü vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından yazır. Xüsusilə, işğalçı ölkənin mətbuatlnda Lapşinin Azərbaycana təhvil verilməsi geniş şərh edilir və bir çox hallarda ermənilər tərəfindən bunun Azərbaycan diplomatiyasının uğuru olduğu etiraf edilir. Təkcə Ermənistan müxalifəti deyil, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, siyasi proseslərdən tamamilə uzaq olan xalq sadə kütlələri də hesab edirlər ki, bütün bunlar Sərkisyan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsindən irəli gəlir. Artıq Ermənistan cəmiyyətində bir əminlik formalaşıb ki, aprel döyüşlərindən sonra İrəvan Bakı qarşısında bütün paramentrləri üzrə uduzub və Serj Sərkisyan Ermənistanı tarana aparır. Aprel döyüşlərindən sonrakı mərhələlərdə Azərbaycan tərəfinin, xüsusilə Prezident İlham Əliyevin atmış olduğu qətiyyətli addımlar, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısının imzaladığı məlum sərəncam, Sərkisyan rejiminin qeyri-insani davranışlarına rəığmən şəhidimiz Çingiz Qurbanovun nəşinin geri alınması, ən sonda Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası rəsmi Bakıdan İrəvan rəhbərliyinə vurulan sərt sillələr kimi dəyərləndirirlir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədir. Qlobal Araşdırmalar Liqasi İctimai Birliyinin sədri, siyasi şərhçi Azər Verdiyev də hesab edir ki, sonuncu hadisə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin diplomatik uğurlarındandır.

-Azər müəllim, Ermənistanın ciddi səylərinə baxmayaraq Aleksandr Lapşin Azərbatycana təhvil verildi. Bunu Azərbaycan diplomatiyası, Ermənistan üzərində bu sahədə əldə edilən nailiyyət kimi dəyərləndirmək olarmı?

-Ümumiyyətlə son dövrlər Azərbaycan diplomatiyası ciddi şəkildə uğurlar əldə etməkdədir. Cəbhədə əldə etdiyimiz uğurların diplomatiyada da təkrarlanması sözün hər mənasında ciddi şəkildə ölkəmizin nüfuzundan xəbər verir. Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası isə Azərbaycana qarşı edilə biləcək bütün maxinasiyaların qarşısının alınacağını bir daha sübut etmiş olur.

-Lapşinin Azərbaycana təhvil verilməsi zaman-zaman ölkəmizin ərazi bütövlüyünü pozub Dağlıq Qarabağa qeyri-qanuni səfər edən şəxslərə bir mesaj olacaqmı?

-Bilirsiniz ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısı mövcuddur. Sosial statusundan asılı olmayaraq ölkəmizin ərazi bütövlüyünü pozan şəxs dərhal bu siyahıya əlavə edilir. Daha da irəli gedib ölkəmizə qarşı təxribatverici mesajlar səsləndirənlər isə birbaşa olaraq cinayət statusunu daşıyır. Bu mənada Aleksandr Lapşinin ekstradisiyası erməni diasporunun quluna çevrilmiş hər kəsə dərs olacaq.

-Rəsmi Minskin qətiyyətli addımından sonra Belarusa qarşı Rusiya və Ermənistan tərəfindən hiddət dolu fikirlər səsləndirilir. Hətta Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılması da təklif edilir. Sizcə, Belarus bununla Azərbaycanla strateji əməkdaşlıq prinsiplərinə üstnülük verdiyini bir daha təsdiqləmədimi?

-Belarus hər zaman, bütün sahələrdə Azərbaycanın yanında olduğunu sübut edib. Aleksandr Lapşinin cinayətkar kimi ölkəmizə təhvil verilməsi Belarus prezidenti Lukaşenkonim şəxsi nüfuzundan xəbər verir. Hesab edirəm ki, Ermənistanı heç bir dövlət özünün strateji tərəfdaşı hesab etmir. Bunu hər kəs bilir. Bu mənada Belarus attığı bütün addımları siyasi prosesləri izləyərək atır. Lapşinin ekstradisiyası bunu bir daha sübut etdi.

-Bu arada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid Çingiz Qurbanova milli qəhrman adı verməsini necə dəyərləndirirsiniz. İstər onun nəşinin geri qaytarılması, istər milli qəhrəman adına layiq görülməsi dövlət başçısının nümunəvi bir Ali Baş Komandan olduğunu ortaya qoyurmu?

-Şəhid Çingiz Qurbanov bir daha sübut etdi ki, Azərbaycan ordusunda Mübarizlər var, olub və hər zaman olacaq. Çingizin nəşinin geri qaytarılması təbii ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində mümkün olmuşdur. Prezident eyni zamanda Şəhidin ailəsini qəbul etdi, Milli Qəhrəman medalını şəhidimizim atasına təqdim etdi. Bu bir daha onu göstərir ki, hər bir əsgər ayrı-ayrılıqda Ali Baş Komandanın nəzarəti altındadır. Çingizin qəhrəmanlığı həm də gənclərimiz üçün ciddi örnək oıdu, əsgərlərimiz üçün stimul verdi.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31