Yaqub Mahmudov: “Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır”

Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlayıb. Bu barədə məlumat verən AMEA Tarix İnstitutunun direktoru, deputat Yaub Mahmudovun sözlərinə görə, 1990-cı ildə dövrün siyasi çətinliklərinə baxmayaraq, vahid Azərbaycan konsepsiyasına əsaslanan və üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi proqramı” hazırlanıb: “Bu dövrdən başlayaraq Azərbaycançılıq konsepsiyasını əsas götürərək orta məktəblər üçün dərsliklər hazırlanmağa başlandı. 5-ci siniflər üçün yazılmış “Ata yurdu” dərsliyi bu istiqamətdə hazırlanmış ilk dərslik oldu. Dərslikdə şimallı cənublu bütöv Azərbaycanın tarixi xüsusi metodik üsulla qabaqcıl müəllimlər tərəfindən işləndi.

Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlayıb. Bu barədə məlumat verən AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudovun sözlərinə görə, 1990-cı ildə dövrün siyasi çətinliklərinə baxmayaraq, vahid Azərbaycan konsepsiyasına əsaslanan və üz qabığında üçrəngli bayrağımızın əks olunduğu "Azərbaycan tarixi proqramı" hazırlanıb: "Bu dövrdən başlayaraq Azərbaycançılıq konsepsiyasını əsas götürərək orta məktəblər üçün dərsliklər hazırlanmağa başlandı. 5-ci siniflər üçün yazılmış "Ata yurdu" dərsliyi bu istiqamətdə hazırlanmış ilk dərslik oldu. Dərslikdə şimallı cənublu bütöv Azərbaycanın tarixi xüsusi metodik üsulla qabaqcıl müəllimlər tərəfindən işləndi. İbtidai icma dövründən müasir dövrə qədər Azərbaycan tarixinin müxtəlif problemləri dövlət, şəxsiyyət, mədəniyyət konteksində təhlil olunaraq təhsil dövriyyəsinə verildi. Azərbaycançılığın təbliği "Ata yurdu" dərsliyinin əsas qayəsi olmuşdur. Ulu öndər Heydər Əliyev bu dərsliyi yüksək qiymətləndirdi.2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Orta ümumtəhsil məktəblərində kurikuluma əsaslanan dərsliklərin hazırlanması prosesi 2012-ci ildən "Azərbaycan tarixi" və "Ümumi tarix" dərsliklərinin yazılması və təhsil dövriyyəsinə buraxılması ilə davam etmişdir. Artıq 2016-cı ildən 9-cu siniflər üçün "Azərbaycan tarixi" dərsliyi şagirdlərin istifadəsinə verilmişdir. Dərslikdə XIX əsrin I yarısından müasir dövrə qədər Azərbaycan tarixi əlavə məlumatlarla, mənbələrlə, illüstrasiya və şəkillərlə nəfis tərtibatda verilmiş, metodik göstəricilər tətbiq edilmişdir. Bu dərsliyin çap olunması ilə Azərbaycançılıq konsepsiyasının orta məktəblərdə tədrisini başa çatmış hesab edirik". Onun sözlərinə görə, son beş ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun alimlərinin və orta məktəb müəllimlərinin iştirakı ilə hazırlanan dərsliklərdə kurikulum standartlarının tətbiqi ilə yanaşı Azərbaycançılıq ideologiyasının təbliği, bütöv Azərbaycan tarixinin tədrisi əsas götürülmüşdür. Şimallı cənublu bütöv Azərbaycanın, işğal olunmuş ərazilərimizin tarixini, xüsusilə Qarabağın tarixi, onun maddi-mədəniyyət abidələri, tarixi abidələri, görkəmli tarixi şəxsiyyətləri dərsliklərdə geniş şəkildə verilərək gənclərimizin vətənpərvərlik tərbiyəsi Azərbaycan tarixi dərslərinin əsas meyarına çevrilmişdir. Hamıya yaxşı məlumdur ki, Tarix İnstitutunda aparılan tədqiqat işləri bilavasitə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilir. Bu baxımdan da Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31