"Neftçi" 1000-i yarıladı

Azərbaycan Premyer Liqasının XVII turunun "İnter"lə səfər qarşılaşması "Neftçi" üçün yubiley qolu ilə əlamətdar olub.  "Ağ-qaralar" Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də "Neftçi"nin 1000-i yarılamasında pay sahibi olub.

1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olublar. "Ağ-qaralar"ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdir. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadır. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31