Əmək Nazirliyində kollegiya iclası
Sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.
10 Fevral 2017 14:35 SosialSosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.
İclasda 2016-cı ildə sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Əldə olunmuş uğurlu nəticələrdən bəhs olunmaqla yanaşı, yol verilmiş ayrı-ayrı nöqsanlar da qeyd edilib, fəaliyyətində, habelə əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.