Gündəm
Türkiyə yenə silkələndi
Türkiyənin Çanaqqala vilayətində daha bir zəlzələ baş verib. Yerli vaxtla saat 11:55-də episentri vilayətin Yuxarıköy kəndində olan 5 bal gücündə zəlzələ qeydə alınıb.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 35-ci cildi çapdan çıxıb
"Dünyada müxtəlif vaxtlarda baş vermiş dəhşətli terror hadisələri göstərir ki, nə qədər güclü olmasına baxmayaraq, heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin edə bilməz. Terrorçuluğa, beynəlxalq cinayətkarlığa və digər xoşagəlməz hadisələrə ancaq o təqdirdə təsir etmək olar ki, bütün ölkələr bu işdə birgə fəaliyyət göstərsin. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi ancaq bütün ölkələrin birgə səyləri nəticəsində baş verə bilər. İndi cinayətkarlığın yeni növləri üzə çıxır. Əfsuslar olsun ki, cinayətkar aləm də müəyyən dərəcədə elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək, cinayətkarlığın yeni üsullarını ortaya qoyur və biz buna hazır olmalıyıq".
Əmzikdən istifadə çənədə problemlər yaradır - Həkimdən analara xəbərdarlıq
"Uşaqlarda süd düşlərinin vaxtında müalicə edilməməsi, vaxtından əvvəl çəkilməsi, əmzik və barmaq sorma onlarda stomatoloji problemlərin yaranmasına - diş və çənənin quruluşunun dəyişməsinə təsir göstərir".
Mədə qıcqırmasını sakitləşdirir, təzyiqi normallaşdırır - bananın faydaları
Banan yalnız dadlı meyvə deyil. O, həm də formada qalmaq üçün enerji verir və bir çox xəstəliyin qarşısını alır. Bananın bilmədiyiniz bir çox faydaları ilə sizi tanış edir.
Pulsuz tibbi müayinə keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi üçün İsmayıllı rayonunda vacib hazırlıq işləri görülüb. “OLAYLAR”-ın xəbərinə görə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı əhalinin 2017-ci il fevral ayının 15-dən may ayının birinədək tibbi müayinədən keçirilməsi, dispanzerisqasiyanın təşkili məqsədilə öz sədrliyi ilə komissiya yaradıb. Sərəncama uyğun olaraq 16 yerdə tibbi müayinənin keçirilməsi və hər bir yer üçün işçi qrupu yaradılması qərara alınıb. Sərəncamın icrası ilə əlaqədar komissiya üzvlərinin və işçi qrup sədrlərinin iştirakı ilə rayon icra hakimiyyətində müşavirə keçirilib. Tibbi müayinənin mütəşəkkil təşkili üçün ehtiyac olan bütün məsələlər nəzərdən keçirilib.
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçiriləcək
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsülə dünyanın hər yerində həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirilməsinə start verilir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirlərin təşkili üçün gənclər tərəfindən işçi qrupu yaradılıb.
PA rəsmisi: Aprel döyüşləri ilə bağlı Avropa Məhkəməsinə göndərilən 700 iş icraata götürülüb
“Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Arts Council Azerbaijan”– dan daha bir layihə
Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.
Qar yağacaq, duman olacaq...
Ekologiya və Təbii Sərvətlər nazirliyi əhaliyə xəbərdarlıq edir. Nazirlikdən bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin fevralın 14-ü gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Olland istəsə belə Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da irəli apara bilməz
Fransa prezidenti Fransua Olland Parisdə erməni icmasının nümayəndələri ilə görüşündə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyanı 8 mart tarixində ölkəsinə dəvət edib. Olland daha sonra bildirib ki, erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. “Dağlıq Qarabağda hər gün ölən var” deyən Olland bununla cəbhə bölgəsindəki gərginliyin diqqət mərkəzində olduğuna işarə edib.
Sabirabadda mənşəyi bəlli olmayan 600 kq ət aşkar edilib
Sabirabadda mənşəyi bilinməyən ət aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 9-da DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad Rayon Polis Şöbəsi və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb. Aşkarlanmış ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün DBNX-nın laboratoriyasına təhvil verilib.
Cəllabadda saxta pul satan tutulub
Cəlilabadda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Cavadovdan 74 ədəd 50 manatlıq və 25 ədəd 100 manatlıq saxta əsginas götürülüb.
Çingiz Əsgərov: Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Bəyanat: "Rəsmi Bakı ATƏT-in İrəvan Bürosunun mandatı üzrə konsensusu dəstəkləməyəcək, əgər..."
ATƏT-in İrəvan Bürosunun mandatı ilə bağlı məsələ böhran həddinə çatdırılıb. Bu isə rəsmi Bakının bu təşkilata və onun nəzdində fəaliyyət göstərən digər qurumlara etimadını ciddi şəkildə sarsıdıb.
Prezident fitə basıldı, müxalifətçilər parlamentdə döyüldü - VİDEO
Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ölkə parlamentində çıxışı zamanı xoşagəlməz vəziyyətlə qarşılaşıb.














