Pulsuz tibbi müayinə keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi üçün İsmayıllı rayonunda vacib hazırlıq işləri görülüb. “OLAYLAR”-ın xəbərinə görə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı əhalinin 2017-ci il fevral ayının 15-dən may ayının birinədək tibbi müayinədən keçirilməsi, dispanzerisqasiyanın təşkili məqsədilə öz sədrliyi ilə komissiya yaradıb. Sərəncama uyğun olaraq 16 yerdə tibbi müayinənin keçirilməsi və hər bir yer üçün işçi qrupu yaradılması qərara alınıb. Sərəncamın icrası ilə əlaqədar komissiya üzvlərinin və işçi qrup sədrlərinin iştirakı ilə rayon icra hakimiyyətində müşavirə keçirilib. Tibbi müayinənin mütəşəkkil təşkili üçün ehtiyac olan bütün məsələlər nəzərdən keçirilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi üçün İsmayıllı rayonunda vacib hazırlıq işləri görülüb. "OLAYLAR"-ın xəbərinə görə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı əhalinin 2017-ci il fevral ayının 15-dən may ayının birinədək tibbi müayinədən keçirilməsi, dispanzerisqasiyanın təşkili məqsədilə öz sədrliyi ilə komissiya yaradıb. Sərəncama uyğun olaraq 16 yerdə tibbi müayinənin keçirilməsi və hər bir yer üçün işçi qrupu yaradılması qərara alınıb. Sərəncamın icrası ilə əlaqədar komissiya üzvlərinin və işçi qrup sədrlərinin iştirakı ilə rayon icra hakimiyyətində müşavirə keçirilib. Tibbi müayinənin mütəşəkkil təşkili üçün ehtiyac olan bütün məsələlər nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31