Olland istəsə belə Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da irəli apara bilməz

Fransa prezidenti Fransua Olland Parisdə erməni icmasının nümayəndələri ilə görüşündə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyanı 8 mart tarixində ölkəsinə dəvət edib. Olland daha sonra bildirib ki, erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. “Dağlıq Qarabağda hər gün ölən var” deyən Olland bununla cəbhə bölgəsindəki gərginliyin diqqət mərkəzində olduğuna işarə edib.

Fransa prezidenti Fransua Olland Parisdə erməni icmasının nümayəndələri ilə görüşündə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyanı 8 mart tarixində ölkəsinə dəvət edib. Olland daha sonra bildirib ki, erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. "Dağlıq Qarabağda hər gün ölən var" deyən Olland bununla cəbhə bölgəsindəki gərginliyin diqqət mərkəzində olduğuna işarə edib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, Fransanın Minsk Qrupu həmsədri kimi cəbhə bölgəsindəki gərginlikdən narahat olması anlaşılanandır. Ancaq Ollandın Parisdə Sərkisyanla görüşü anlaşılmazdır: "Çünki bu görüşdən bir ay sonra Olland kürsüsüylə sağollaşacaq. Yəni Olland istəsə belə bu bir ayda Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da irəli apara bilməz. İkinci dəfə prezidentliyə namizədliyini də irəli sürmür ki, deyəsən Sərkisyanla görüşməklə Fransadakı erməni seçicilərin səsini qazanmaq istəyir. Sadəcə, erməni vurğunluğu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31