Gündəm
Türkiyənin döyüş planları ABŞ-ın əlinə keçdi: gizli arxiv oğurlanıb
Fəthullahçı Terror Təşkilatı (FETÖ) Türkiyənin döyüş planlarına aid gizli sənədləri oğurlayıb. Məlumata görə, FETÖ polkovnik Baki Kaya üçün oyun qurub. FETÖ 2009-cu ildə Səfərbərlik Tədqiq Təşkilatındakı “Kosmik Oda”nı (gizli otaq) açdıraraq dövlətin arxivini oğurlayıb. Gizli sənədlər arasında Türkiyə Milli Strategiyalar və Hərəkat Dairəsinə bağlı "Ağ qüvvələr"in üzvlərinin adları da var idi.
Sərhədçilər axtarışda оlan 344 nəfəri saxlayıblar
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 37 halda 46 nəfər saxlanılıb, оnların 18 nəfəri Azərbaycan, 10 nə¬fəri Nigeriya, 5 nəfəri Gürcüstan, 4 nəfəri Tacikistan, 4 nəfəri Özbəkistan, hər ölkədən 1 nəfər olmaqla İran, Rusiya, Banqladeş, Qana və Kamerun vətəndaşı оlub.
Ədliyyə naziiri Ucarda vətəndaşlarla görüşəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 13-də Ucar rayonunda vətəndaşların qəbulu keçiriləcək. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, Ucar rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) keçiriləcək qəbulda Ucar, Göyçay və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Sərhəd qoşunlarının vəzifə və hüquqları genişləndirilir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər müzakirə edilib. “Olaylar” xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Fərmana 2016-cı il 21 may və 9 iyun tarixlərində müvafiq dəyişikliklər edilmiş və Dövlət Sərhəd Xidmətinin üzərinə müəyyən vəzifələr qoyulmuş, hüquqlar verilmişdir. Prezidentin Fərmanında qeyd olunan məsələlərlə bağlı müzakirəyə çıxarılan qanunlara bir sıra düzəlişlər təklif olunur.
Xanlar Vəliyev: Azərbaycanda cinayət törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb
Ermənistan Azərbaycan xalqına qarşı təkcə Xocalıda deyil, digər ərazilərdə də kütləvi qırğınlar və soyqırımlar törədib.“Olaylar” xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə bu gün “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Mübariz Əhmədoğlu: "Qlobal indekslərdə Ermənistanın reytinqi getdikcə pisləşir"
“Transparency İnternational”-ın 2016-cı il üçün qlobal reytinqində Ermənistan 2015-ci ilə nisbətən 18 pillə geriləyərək, 176 ölkə arasında 113-cü yerdədir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Avropa Gənclər Forumu üzvlük komissiyasının iclası keçirilir
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüssel şəhərində keçirilən Avropa Gənclər Forumu Yeni Üzvlərin Qəbulu Komissiyasının ilk iclasında iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, iclas yeni seçilmiş komissiyanı vəzifə və öhtəlikləri ilə daha yaxından tanış etmək, komissiyanın əvvəlki fəaliyyətini yeni komissiyaya ötürmək, təzə komissiyanın işini başa salmaq və detallarla tanış etmək məqsədi ilə keçirilib. Görüş zamanı, komissiya üzvləri ilə gedən müzakirələr vasitəsilə illik fəaliyyət planı tərtib olunub, yoxlanılacaq məsələlərin bölgüsü aparılıb. Daha sonra, komissiyasının növbəti görüşlərin tarixləri müəyyən olunub.
Düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edilib
Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Peyğəmbərin 2 min illik SİRRİ: bu türk kimi, onu öyrənən hər kəs öldürülür
2009-cu ildə helikopter qəzasında həlak olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının (BBP) təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlunun maraqlı görüntüləri ortaya çıxıb.
Nigar Camal boşanmağından danışdı - VİDEO
"Əvvəl şəxsi həyatımı gizlədirdim. Azərbaycan dilində çox da yaxşı danışa bilmirdim. Düşünürəm ki, şəxsi həyatı danışmaq, üstə çıxarmaq düz deyil. Bəzən insanlar bu haqda danışmağı xoşlayır, özlərini reklam edirlər. Mən isə nə gizli saxlamağın, nə də çox açıb danışmağın tərəfdarıyam".
"Əslində, biz İŞİD-i vururduq" - Rusiyadan Türkiyəyə cavab
Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimov Suriyada Türkiyə hərbçilərinə edilən hücumla bağlı açıqlama verib. Gerasimov türkiyəli həmkarı Hulusi Akara zəng edərək başsağlığı verib. Bildirib ki, türk hərbçilərinə hücum səhvən olub. Baş Qərargah rəisi "əslində biz İŞİD-i vururduq" deyərək məsələyə münasibət bildirib.
Rusiya səfiri: "Lapşin işinin obyektiv və ədalətli həllinə inanırıq"
“Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Latviya Prezidenti Bakıya gələcək
Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.
16 güləşçimiz ilk onluqda yer alıb
Dünya Güləş Birliyi 2017-ci ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Trampla Putinin telefon söhbətini kim dinləyirmiş?
Xəbər verdiyimiz kimi, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında 45 dəqiqəlik telefon söhbəti olub. ABŞ mənbələrinin verdikləri məlumatlardan belə məlum olur ki, həmin söhbət naməlum üçüncü şəxs tərəfindən dinlənilirmiş.














