Avropa Gənclər Forumu üzvlük komissiyasının iclası keçirilir
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüssel şəhərində keçirilən Avropa Gənclər Forumu Yeni Üzvlərin Qəbulu Komissiyasının ilk iclasında iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, iclas yeni seçilmiş komissiyanı vəzifə və öhtəlikləri ilə daha yaxından tanış etmək, komissiyanın əvvəlki fəaliyyətini yeni komissiyaya ötürmək, təzə komissiyanın işini başa salmaq və detallarla tanış etmək məqsədi ilə keçirilib. Görüş zamanı, komissiya üzvləri ilə gedən müzakirələr vasitəsilə illik fəaliyyət planı tərtib olunub, yoxlanılacaq məsələlərin bölgüsü aparılıb. Daha sonra, komissiyasının növbəti görüşlərin tarixləri müəyyən olunub.
10 Fevral 2017 12:52 SosialGənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüssel şəhərində keçirilən Avropa Gənclər Forumu Yeni Üzvlərin Qəbulu Komissiyasının ilk iclasında iştirak edib. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, iclas yeni seçilmiş komissiyanı vəzifə və öhtəlikləri ilə daha yaxından tanış etmək, komissiyanın əvvəlki fəaliyyətini yeni komissiyaya ötürmək, təzə komissiyanın işini başa salmaq və detallarla tanış etmək məqsədi ilə keçirilib. Görüş zamanı, komissiya üzvləri ilə gedən müzakirələr vasitəsilə illik fəaliyyət planı tərtib olunub, yoxlanılacaq məsələlərin bölgüsü aparılıb. Daha sonra, komissiyasının növbəti görüşlərin tarixləri müəyyən olunub.
Qeyd edək ki, 18 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Mlli Şirasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib.