Gündəm

"Keşmiş MTN elə dəhşətli yer idi ki..."

10 Fevral 2017 12:19

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vüsal Ələkbərov hədə-qorxu ilə tələb etmə, mənimsəmə, sübutları saxtalaşdırma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşmaqda ittiham edilir. 

Politoloq: “Lapşin məsələsi bütün bloger – səyyahlar üçün dərs oldu”

10 Fevral 2017 12:17

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması kiçik bir məsələ deyil”. Bunu politoloq Zaur Məmmədov deyib.

Gürcüstan Qarabağda Ermənistana yardım edəcək

10 Fevral 2017 12:14

Rusiya və Gürcüstan arasında Ermənistana gedən dəmir yolunun açılması məsələsində anlaşma əldə edilib.  Bu barədə erməni mətbuatı Praqada Rusiya və Gürcüstan təmsilçiləri arasında "Ticarət dəhlizləri haqqında" sazişin gerçəkləşdirilməsi üzrə danışıqların yeni mərhələsində əldə edilmiş anlaşmanı şərh edərkən bildirib.

""Yuventus"a nifrət edirəm"

10 Fevral 2017 12:09

"Roma"nın futbolçusu Raca Naynqolan maraqlı açıqlamalarla gündəmə gəlib. Belçikalı yarımmüdafiəçi "Corriere dello Sport" nəşrinə müsahibəsində "Yuventus"a nifrət etdiyini bildirib. O, bunu Turin təmsilçisinin haqsız qələbə qazanması ilə əlaqələndirib:

Baba nəvəsini satmaq istədi

10 Fevral 2017 12:07

Türkiyənin Zonquldak bölgəsində nəvəsini satmağa çalışan 58 yaşlı Ahmet M. Adlı baba həbs olunub. “Olaylar” “ Sadecehaber” - ə istinadən bildirir ki, məlumatı 24 yaşlı ana, Ahmet M – in qızı Bilge M verib. Ötən gün Zonquldakda yerləşən Ereğli Dövlət xəstəxanasında dünyaya gələn körpənin xəstəxanasənədlərini qaydaya salarkən, qızı xəstəxanada çalışan həkimlərə atasının körpəsini satacağı xəbərini verib. Xəstəxana polisi və həkimlər dərhal Ahmet M – ə mane olublar.

“Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə”

10 Fevral 2017 12:06

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə” adlı kitabın təqdimat mərasimi  keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK-da Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd etdi.

Cəbhədə vəziyyət gərginləşir

10 Fevral 2017 12:03

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

10 Fevral 2017 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il fevralın 17-də saat 10:00-da Göyçay şəhər prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

6 hakimin səlahiyyətlərinə xitam verilib

10 Fevral 2017 12:00

“Ötən il Azərbaycanda 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib”.Bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında bildirib.

Milli Məclis soyqırımı cinayətlərinin müzakirəsini keçirib

10 Fevral 2017 11:59

Fevralın 10-da Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Olaylar” xəbər verir ki, toplantı layihə çərçivəsində hazırlanmış “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatına həsr olunur. 

Bahar Muradova: “Ermənistan yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib”

10 Fevral 2017 11:58

“Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, zaman-zaman bir ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib”.

Mərkəzi Bank hərraca 150 milyon manat çıxaracaq

10 Fevral 2017 11:56

Azərbaycan Mərkəzi Bankı fevralın 13-də növbəti depozit hərracı keçirəcək. “Olaylar” Mərkəzi Banka istinadən bildrir ki, hərraca 150 milyon manat çıxaracaq. Vəsaitlərin cəlb edilməsi üzrə depoztlərin faiz dərəcəsi 12.01 %-14.99 % arası olacaq.

Ərəstun Mehdiyev: “Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır”

10 Fevral 2017 11:55

“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli bir səciyyə daşıyıb”. “Olaylar” xəbəır verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

ABŞ-ın ən yaşlı sakini vəfat edib

10 Fevral 2017 11:53

ABŞ-ın ən yaşlı sakini vəfat edib.  Birləşmiş Ştatların ən yaşlı sakini Adel Danlap 114 yaşında idi. Nyu-Cersi əyalətində yaşayan bu qadın 12 dekabr 1902-ci ildə anadan olub.

Sarkisyan Parisə çağırıldı - Qarabağa görə

10 Fevral 2017 11:52

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.