Gündəm
İlham Əliyev və xanımı "Azərbaycan Dəmir Yolları"nın inzibati binası və Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olublar
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Konstitusiya Məhkəməsi: Lapşinin təqsirinin dərəcəsi Azərbaycan məhkəməsi tərəfindən müəyyənləşdirilməlidir
Azərbaycan Konstitusiyası və müvafiq prosessual qanunvericiliyində Aleksandr Lapşinə qarşı qaldırılmış cinayət işinin obyektiv və ədalətli baxılması üçün demokratik dövlətə məxsus olan bütün təminatlar mövcuddur.
Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının, xarici siyasətinin ikili standartlar üzərində, Ermənistanın kriminal hakimiyyəti üzərində növbəti qələbəsidir.
“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçirilib
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçirib. Turnir Xidmətin yaradılmasının 5-ci ildönümünə həsr edilib. Turnirdə 8 komanda iştirak edib. Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq “ASAN xidmət” mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Qar uçqunu nəticəsində bir hərbi qulluqçumuz həlak olub
Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Azərbaycan və Aİ arasında yeni saziş üzrə ilkin müzakirələrin detalları açıqlanıb
Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər.
Su və elektrik xətlərinin köçürülməsi üçün DİN-in razılığı tələb olunacaq
Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nı təsdiq edib.
Tullantıların arasında tapılan 120 kq xırda pul Mərkəzi Banka təhvil verilib
Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 2016-cı il ərzində çeşidləmə zavodunda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 84 min 496,68 ton tullantı qəbul edilib.
İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra fevralın 10-da yeni xidmət mərkəzinin açılışı olub.
Virus xəstəliklərinin tez aşkarlanması üçün cihaz hazırlanıb
Yaponiyada 10 dəqiqəyə insanda müxtəlif virus və bakteriyaların törətdiyi bu və ya digər infeksiyalı xəstəliyin olmasını və tipini müəyyənləşdirməyə imkan verən 500 qramlıq unikal kompakt cihaz yaradılıb.
Onurğa beynin sinir siqnalları ilə idarə olunan protez yaradılıb
London İmperiya Kollecinin alimləri onurğa beyninin sinir sonluğunun siqnallarını interpretasiya edən və onları protez əlin hərəkətinə çevirən unikal sistem işləyib hazırlayıblar. Protez əli hərəkət etdirmək üçün insan yalnız lazımi hərəkət haqda düşünməli, bundan sonra hərəkətedici sinirlərdən oxunulan elektrik impulsları protezin müvafiq mexaniki hissələrini hərəkət etdirəcək.
“Facebook”da yeni funksiya fövqəladə hallarda yardım göstərəcək
"Facebook" sosial şəbəkəsi fövqəladə hallarda avtomatik aktivləşən "Safety Check" servisinin imkanlarını genişləndirir. Belə ki, servisə təbii fəlakətlər zamanı qarşılıqlı yardımın təşkilinə kömək edəcək "Community Help" (Cəmiyyətin köməyi) funksiyası əlavə olunub.
14 saniyədən az bir müddət ərzində smartfona müdaxilə cəhdini aşkar edir
İsrailin Ben Qurion Universitetinin alimləri tərəfindən hazırlanmış metod 14 saniyədən az bir müddət ərzində mobil qurğuya icazəsiz girişi aşkar etməyə imkan verir. Layihənin müəllifi Liron Ben Kimon “Helpnetsecurity” resursuna bildirib ki, istifadəçilərin əksəriyyəti əmindir ki, smartfondakı məlumatların təhlükəsizliyinin təmini üçün şifr qoyulması kifayətdir, lakin bir çoxları asan tapılan şifrlərdən istifadə edirlər. Alimlərin sözlərinə görə, istifadəçinin davranışının təhlilinə əsaslanan yeni metod, hətta şifr məlum olduqda məlumatları qorumağa imkan verir.
“Google” şirkətinin süni intellekti bir neçə piksel əsasında şəkli bərpa edir
“Google Brain” elmi tədqiqat layihəsinin komandası neyron şəbəkəsi əsasında 64 pikseldən ibarət mənbədən şəkli yenidən yarada bilən kompüter alqoritmi hazırlayıb.














