“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçirilib
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçirib. Turnir Xidmətin yaradılmasının 5-ci ildönümünə həsr edilib. Turnirdə 8 komanda iştirak edib. Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq “ASAN xidmət” mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
10 Fevral 2017 11:33 SosialAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında "Vətənin müdafiəsinə hazıram!" adı altında atıcılıq turniri keçirib. Turnir Xidmətin yaradılmasının 5-ci ildönümünə həsr edilib. Turnirdə 8 komanda iştirak edib. Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq "ASAN xidmət" mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tədbirdə iştirak edən fəxri qonaq paralimpiya çempionu İlham Zəkiyev çıxışında yaradılmasının 5-ci ildönümü münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib və belə turnirlərin gələcəkdə işğal altında olan rayonlarımızda da keçirilməsini arzulayıb. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar.Turnirin "sərrast atıcı" kubokunu isə Dövlət Agentliyinin "İnnovasiyalar" komandasının üzvü Zakir Əhmədov qazanıb.