“Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə”
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə” adlı kitabın təqdimat mərasimi keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK-da Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd etdi.
10 Fevral 2017 12:06 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə" adlı kitabın təqdimat mərasimi keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK-da Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd etdi.
Kitabdakı miniatürlərin müəllifi, xalq rəssamı Fəxrəddin Əli kitabın çapdan çıxmasında AMEA-nın, xüsusilə akademik Akif Əlizadənin göstərdiyi diqqəti xüsusilə vurğuladı.
Kitabın redaktoru Türkiyənin Qars Unversitetinin professoru Rafiq İmrani muğama fəlsəfi olaraq yanaşmanın anlaşılmazlıq yaratdığını bildirdi. "Bu kitabı çap etməkdə məqsəd muğamı sadə və görünən formada insanlara çatdırmaq istəyidi" - deyə, vurğuladı.
Qeyd edək ki, professor hazırda "Türk Dünyası Aşıq Sənəti ensiklopesiyası" və iki cildlik "Muğam ensiklopediyası" üzərində çalışdıqlarını, onları bitirdikdən sonra MEK-ə hədiyyə edəcəyini söylədi.





