Sarkisyan Parisə çağırıldı - Qarabağa görə

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Bu barədə Fransa prezidenti Fransua Olland bildirib. Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib. Səfər çərçivəsində onlar ikitərəfli əlaqələri müzakirə edəcəklər. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: "Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir".  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31