Bahar Muradova: “Ermənistan yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib”

“Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, zaman-zaman bir ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib”.

"Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, zaman-zaman bir ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.B.Muradova bildirib ki, Azərbaycan beynəlxalq aləmi məsələ ilə bağlı düzgün məlumatlandırmaq, Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması barədə işlər aparıb: "Ancaq təəssüflər olsun ki, bu gün ərazilərimizin bir hissəsi erməni işğal altındadır, insanlarımız öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. O zamankı Azərbaycan hökuməti dünya ictimaiyyətini vaxtında bu cinayətlərin mahiyyəti barədə məlumatlandırmayıblar. Bu hadisələrə dünya səviyyəsində ilkin münasibət yalnız ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Lakin cinayətkarlar bəlli olsa da, onlar qonşu ölkələrdə rəhbərlikdə və digər vəzifələrdədirlər və cinayətdən yayınırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31