6 hakimin səlahiyyətlərinə xitam verilib
“Ötən il Azərbaycanda 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib”.Bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında bildirib.
10 Fevral 2017 12:00 Kriminal"Ötən il Azərbaycanda 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib".Bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında bildirib. Onun sözlərinə görə, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib. Nazir bildirib ki, ədalət mühakiməsinin səmərəsinin artırılmasında müasir məhkəmə infrastrukturu yaradılmasının əhəmiyyəti nəzərə alınaraq 2016-cı ildə Dünya Bankı ilə birgə Layihələr çərçivəsində 6, dövlət büdcəsi hesabına isə 4 yeni, müasir məhkəmə Kompleksi və binalarının tikintisi davam etdirilib, digər məhkəmə binalarının müasirləşdirilməsi üzrə zəruri tədbirlər görülüb.