Baba nəvəsini satmaq istədi

Türkiyənin Zonquldak bölgəsində nəvəsini satmağa çalışan 58 yaşlı Ahmet M. Adlı baba həbs olunub. “Olaylar” “ Sadecehaber” - ə istinadən bildirir ki, məlumatı 24 yaşlı ana, Ahmet M – in qızı Bilge M verib. Ötən gün Zonquldakda yerləşən Ereğli Dövlət xəstəxanasında dünyaya gələn körpənin xəstəxanasənədlərini qaydaya salarkən, qızı xəstəxanada çalışan həkimlərə atasının körpəsini satacağı xəbərini verib. Xəstəxana polisi və həkimlər dərhal Ahmet M – ə mane olublar.

Türkiyənin Zonquldak bölgəsində nəvəsini satmağa çalışan 58 yaşlı Ahmet M. Adlı baba həbs olunub. "Olaylar" " Sadecehaber" - ə istinadən bildirir ki, məlumatı 24 yaşlı ana, Ahmet M - in qızı Bilge M verib. Ötən gün Zonquldakda yerləşən Ereğli Dövlət xəstəxanasında dünyaya gələn körpənin xəstəxanasənədlərini qaydaya salarkən, qızı xəstəxanada çalışan həkimlərə atasının körpəsini satacağı xəbərini verib. Xəstəxana polisi və həkimlər dərhal Ahmet M - ə mane olublar. Polisin apardığı araşdırmalar nəticəsində məlum olub ki, baba yeni dünyaya gəlmiş nəvəsini Zonquldakda yaşayan S.S və C.S ailəsinə 5 min liraya satmağı planlaşdırıb. Daha sonra polislər qadının dini nigahlı həyat yoladşı Serkan T -  ilə əlaqa qura bilmədiklərindən körpəni Ailə və Sosyal Siyasətləri bölgə müdirliyinə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31