Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçiriləcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsülə dünyanın hər yerində həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirilməsinə start verilir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirlərin təşkili üçün gənclər tərəfindən işçi qrupu yaradılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsülə dünyanın hər yerində həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirilməsinə start verilir. "OLAYLAR"-ın xəbərinə görə, tədbirlərin təşkili üçün gənclər tərəfindən işçi qrupu yaradılıb. Qrupa Gürcüstanda təhsil alan tələbələr, gənclər, Gənclər təşkilatlarının rəhbərləri, siyasətçilər, təhsil və elm işçiləri qatılıblar. Keçiriləcək tədbirlərə gürcü və əcnəbi elm işçilərinin və ziyalılarının iştirakılə elmi konfransların, dəyirmi masaların, aksiyaların, fleş-mobların təşkili, habelə gürcü və digər dillərdə Xocalı soyqırımı haqqında bəhz edən video çarxların çəkilişi nəzərdə tutulur. Bu tədbirlərə Gürcüstanda yaşayan digər xalqlar, diplomatlar, ziyalılar, gənclər və elmi işçilərin cəlb olunması nəzərdə tutulur. İşçi qrupuna qoşulan gənclər eyni zamanda təşkilat komitəsi adından beynəlxalq təşkilatlara və Gürcüstan parlamentinə Xocalı hadisələrinə hüquqi qiymətin verilməsini tələb edən bəyanat ünvanlanacaq. Həmçinin gənclərdən ibarət bir qrup Ermənistanın Gürcüstandakı Səfirliyi qarşısında aksiya təşkil edərək diplomatik korpus nümayəndələrinə etiraz bəyanatı təqdim olunacaq. Tədbirlərin təşkilatçılarından olan Nərgiz Əliyeva bildirib ki, bu tipli tədbirlər hər il ayrı ayrı təşkilatlar tərəfindən həyata keçirilir, bu il isə hamımız birləşərək bu kampaniyanı daha geniş şəkildə həyata keçirmək istədik. "Uzun zamandır ki, bu istiqamətdə hazırlıqlar həyata keçiririk, günü gündən bizə qoşulmaq istəyənlərin sayı artır. Xocalı soyqırımı bizim acıyan yerimizdir, bu hadisələr hələdə hüquqi qiymətini tapmayıb, biz Gürcüstanda yaşayan gənclər bu tədbirlərdə məlumatı yalnız gürcü xalqına deyil eyni zamanda burada yaşayan turistlərə, əcnəbilərə də çatdırmaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31