Kreml “səhv“ bombardmanın səbəbini açıqladı

“Terrorçulara zərbələrin vurulması gedişatında hərbçilərimiz türk partnyorların verdikləri koordinatları əsas tuturdular”. Bunu dünən Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Terrorçulara zərbələrin vurulması gedişatında hərbçilərimiz türk partnyorların verdikləri koordinatları əsas tuturdular". Bunu dünən Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, tərəflər hadisənin koordinatların verilməsində ortaya çıxan uyğunsuzluğa görə baş verdiyini qəbul ediblər.

"Vəziyyət hər iki tərəfə aydındır və heç bir mübahisə yaranmayıb", - deyə Peskov vurğulayıb.

O, həmçinin vurğulayıb ki, birgə əməliyyatların həyata keçirilməsi zamanı informasiya mübadiləsi mexanizmini təkmilləşdirmək lazımdır.

Qeyd edək ki, türk hərbiçilərin olduğu binanın Rusiya qırıcıları tərəfindən bombalanması nəticəsində 3 nəfər ölüb, 11-i yaralanıb. Rusiya tərəfi baş verənləri "bədbəxt hadisə" adlandırıb və prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib. Bu barədə Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31