ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar - FOTO/VİDEO (18+)

30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.

30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar. Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar. Həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb. Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində yaşanıb. Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu. Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər. Bu barədə Milli.az O Globo-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31