Gündəm
Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"
Azərbaycan Ordusunun təxribatlara cavab olaraq endirdiyi zərbələr nəticəsində ermənilərin itkilərin həddən artıq çoxdur. Bunu dəfələrlə demişəm, onlar bunu mütləq gizlədəcəklər. Çünki əgər onlar bunu gizlətməsələr və açıq elan etsələr, təsəvvür edirsinizmi İrəvanda, eləcə də Qarabağda da hansı etiraz dalğası başlaya bilər? Bunu hamı gözəl başa düşür və həmişə də susurlar.
Çavuşoğlu: "Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq"
"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq". Bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Qadın narkotik satarkən tutulub
Qazax sakini narkotik maddə satarkən yaxalanıb. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhər sakini Zərifə Qocayeva 100 qrama yaxın güclü təsirə malik narkotik maddə olan heroini 6 min ABŞ dollarına satarkən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyən edilib.
15 həyətdən su sayğacı oğurlayanlar ələ keçib
Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətlərdən su sayğacı oğurlayan şıxslər saxlanıb.
“İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa
Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib.
Rus terrorçu: “Tezliklə məni də öldürəcəklər”
Donbasda komandirlərin öldürülməsində Ukrayna diversiya kəşfiyyat qrupları ilə yanaşı, ruslar da iştirak edirlər. Bunu Ukrayna mətbuatına açıqlamasında qondarma Donetsk Xalq Respublikasının keçmiş Müdafiə naziri İqor Strelkov söyləyib. “Tezliklə mənim də ölüm xəbərimi bayram edəcəklər. Hələ də sağ olduğuma görə təəccüb edirəm. Mən realistəm və hər şeyi yaxşı anlayıram”, – o bildirib.
Azərbaycanlılar Rusiyada PULSUZ ali təhsil ala biləcəklər
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən 2017/2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olimpiada təşkil olunub.
Yaxın Şərqdə yeni situasiya
Yaxın Şərqdə yeni situasiya formalaşmaqdadır. İnkişaf etməkdə olan geosiyasi problemlərin dinamikası, ABŞ-Türkiyə yaxınlaşmasına doğru irəlləyir. Hər şey yeni Ağ Ev rəhbəri Donald Trampın prezident seçilməsindən və İrana qarşı sərgilədiyi sərt xəttdən başladı.
Dolların ucuzlaşması nə vəd edir?
2015-ci ilin dekabrından manatın dollara nisbtən dəyərinin kəskin şəkildə düşməsindən sonra ilk dəfədir ki, milli valyutamız Amerika dolları qarşısında öz möhkəmləyini ciddi şəkildə qoruyaraq arada olan fərqi azalda bilir. Artıq bir neçə gündür ki, ölkənin maliyyə bazarında manat dolları nəzərəçarpacaq dərəcədə üstələyir. Vəziyyət o həddə çatıb ki, dolların sürətlə ucuzlaşmasından ehtiyat edən vətəndaşlar onu milli valyutaya dəyişirlər. Bir növ Amerika dollarına olan tələbatın azalması müşahidə edilir. Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmaması da belə deməyə əsas verir. Belə ki, təklif olunan 35 milyon dolların yalnız 7 milyona yaxını, yəni ki, 19 faizi satılıb. Nəticədə USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2 faiz enib. Bu da son günlər dolların guya süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir. Bəs görəsən bu proses nə qədər davam edəcək və yaxın vaxtlar üçün gözləntilər nədir?
Səməd Vurğunun sevgi macəraları
Son illər Səməd Vurğunun adı tez-tez gündəmə gəlir. Haqqında olar-olmaz yazılar yazılır, ünvanına xoşagəlməz ifadələr işlədilir. Bəzən də şeirləri, misralarını təftiş edilir, hətta ona aid olmadığı vurğulanır. Oxuyacağınız bu yazı Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı Mehdixan Vəkilovun “Ömür dedikləri bir karvan yolu” kitabındandı. Müəllif yalnız qardaşından bəhs etdiyi etdiyi kitabda onun uşaqlıq illərini, Dürrəyə olan qarşılıqsız sevgisini ən xırda epizodlarla qələmə alıb. Oxucular üçün maraqlı olacağını düşünürəm.
Yararsız ət məhsulları paytaxta hansı yollarla daxil olur?
Son vaxtlar bölgələrdən Bakıya mənşəyi bəlli olmayan heyvan ətləri, eləcə də ölmüş heyvanların cəmdəklərinin, xarab olaraq tamamilə mikroblaşmış ət məhsullarının gətirilməsi hallarına tez-tez rast gəlinir. Mütəmadi olaraq müvafiq qurumların bununla bağlı reydlər keçirildiyi, onların zərərsizləşdirildiyi barədə kütləvi informasiya vasitələrindən məlumatlar yer alır. Rəsmi məlumatlara əsasən təkcə ötən il 23,5 ton bu cür ət məhv edilib. Amma hələ də bu kimi neqativ hallara rast gəlinir. Bəs görəsən bu problemin qarşısını tamamilə almaq nədən mümkün olmur və işbazlar paytaxta hansı yollarla üz tuta bilirlər? Və Cinayət Məcəlləsində bu kimi yaramaz işlərlə məşğul olan şəxslər barəsində hansı cəzalar nəzərdə tutulur?
İş və xidmət sahələrində özbaşnalıq hökm sürür
Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf meyilləri davam edir, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı getdikcə artır. Bütövlükdə isə bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir.
Lapşin erməni siyasətinin qurbanıdır
İkili vətəndaşlığa mənsub Aleksandr Lapşinin Azərbaycana gətirilməsi Ermənistan cəmiyətində əməlli-başlı şok effekti yaradıb. Artıq erməni ictimaiyyətində belə bir fikir formalaşıb ki, Serj Sərkisyan təkcə döyüş meydanında deyil, eləcə də diplomatik savaşda da Azərbaycan prezidenti İlham Əliyevə uduzmaqdadır. Təbii ki, Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisi ərəfəsində cəmiyyətdə belə bir fikrin formalaşması Sərkisyanın hakimiyyətinin sonu deməkdir. Bu amili nəzərə alan işğalçı dövlətin prezidentinin Azərbaycana qarşı təxribat xarakterli planlar hazırlaması istisna deyil.
Elm və texnologiyanın inkişafı klassik ailə modelinə nüfuz edib
Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsi istəyi xüsusi dövlət təşkilatının yaranmasını zəruri edir. Məhz bu zərurətdən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Qəbul qaydalarına edilən dəyişikliklər
Hər bir sahənin inkişaf etdirilməsi, onun günümüzün tələblərinə uyğun şəkil alması, bu istiqamətdə nailiyyətlərin, uğurların əldə edilməsi üçün zaman-zaman həmin sahədə islahatların aparılması, onun qanunvericilik bazasının təkmiılləşdirilməsi zəruridir. Təhsil sahəsini də bura aid etmək olar.














